Xəbər verildiyi kimi, İranın Naxçıvan aeroportuna dron hücumu nəticəsində Naxçıvan Beynəlxalq Hava Limanında uçuşlar müvəqqəti dayandırılıb.
Bakıdan Naxçıvana və əks istiqamətə uçuşlar dayandırılıb və təyyarə reysləri Türkiyənin İğdır şəhərinə yönəldilib. Nəticədə Naxçıvana uçan sərnişinlər əvvəlcə İğdır şəhərinə uçur, daha sonra Naxçıvana gedirlər.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, sərnişinlərin işini yüngülləşdirmək məqsədilə İcdıra göndərilən sərnişinlərin Naxçıvana pulsuz daşınması başlanıb.
Sərnişinlərin İğdır şəhərindən Naxçıvana və əks istiqamətə daşınması isə xüsusi ayrılmış avtobuslarla ödənişsiz şəkildə həyata keçirilir.
Hazırda Naxçıvan Avtovağzalından İğdır hava limanı və əks istiqamətə daşımalar 7 iritutumlu avtobusla həyata keçirilir. Eyni zamanda, daşımalar üçün ehtiyat nəqliyyat vasitələri də ayrılıb.
İki gün ərzində ümumilikdə 11 reys həyata keçirilib, 450 nəfər Naxçıvandan İğdıra və əks istiqamətə daşınıb.











