Azərbaycanda bilet-uçot vərəqi olmadan sərnişin daşınması həyata keçirənlər 50 manat cərimələnəcək.
Bu günədək xüsusi təlimlərdən keçən taksi sürücülərinin sayı - AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
"Bilet-uçot vərəqi olmadan şəhərlərarası (rayonlararası) müntəzəm sərnişindaşımalarının həyata keçirilməsinə yol verilmir. “Avtomobil nəqliyyatı haqqında” qanuna edilən dəyişikliklərlə əsasən şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarında bilet-uçot vərəqi elektron qaydada doldurulan elektron yol vərəqəsi ilə rəsmiləşdirilir", - deyə məlumatda qeyd olunub.