2030-cu ilə qədər səfərlərin 30-40 faizi fərdi nəqliyyatla, qalan hissəsi ictimai nəqliyyat və mikromobilliklə ediləcək.
"Qoşa Qala Qapılarının qarşısındakı meydanda əsaslı dəyişikliklər gözlənilir" - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev yol hərəkətinin təşkili istiqamətində yeni layihə ilə bağlı ictimai dinləmədə bildirib.
Onun sözlərinə görə, məqsəd 300 milyon səfəri fərdi nəqliyyatdan ictimai nəqliyyata keçirməkdir.
“100 kilometrdən artıq velosiped yolları və rəqəmsal həllər tətbiq ediləcək. Səfər edənlərin adambaşına düşən illik CO₂ emissiyaları 600 kiloqramdan az olacaq”, - deyə AYNA sədri bildirib. (Azərtac)