Rusiyanın aparıcı avtomobil istehsalçılarından olan “AvtoVAZ” şirkəti 2018-ci ilin əvvəlindən satış qiymətlərini artırıb.
Bu barədə TASS xəbər verir.
“Ortalama artım 2,5% təşkil edib və bütün “AvtoVAZ” qrupuna təsir edib. Biz tələbin azalacağını proqnozlaşdırmırıq. Bütün istehsalçılar adətən yeni istehsal ilində avtomobillərin qiymətlərini artırır. Odur ki, qiymət rəqabətində uduzmuruq”, - deyə şirkətin məlumatında qeyd olunub.
Xatırladaq ki, “AvtoVAZ” 2017-ci ilin əvvəlində "Lada" avtomobillərinin qiymətini qaldırmışdı. Həmin vaxt bütün modellər üzrə artım 1,5-3% təşkil etmişdi.
“AvtoVAZ” Qrupu "Renault"-"Nissan"-"Mitsubishi" ittifaqının üzvüdür və "Lada", "Renault", "Datsun" brendləri altında da maşın istehsal edir.