Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi işğal altında olan torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 600 min manat ianə edib.
FED.az xəbər verir ki, bu barədə agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib