Nəqliyyat

Avtomobil Yolları Dövlət Agentliyi bu il üçün - PLANLARINI AÇIQLAYIB

Avtomobil Yolları Dövlət Agentliyi bu il üçün - PLANLARINI AÇIQLAYIB | FED.az
14:16 28 Yan 2020

2019-cu il üçün tərtib edilmiş “Tədbirlər Planı”na uyğun olaraq Azərbaycanda 1376.6 km uzunluğunda 56 layihə başa çatıb.

Eləcə də bax: Sumqayıt yolunun nə vaxt genişlənəcəyi - MƏLUM OLDU

FED.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Agentliyin 2019-cu ilin yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrin icrasına həsr olunan kollegiya iclasında deyib.

S.Məmmədov bildirib ki, bura 7 respublika əhəmiyyətli, 39 kəndlərarası, 10 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihələri, 14 yeni körpünün və 7 piyada keçidinin tikintisi işləri daxildir.

Sədrin sözlərinə görə, bundan əlavə, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu vəsaiti hesabına uzunluğu 43.8 km oln 3 respublika əhəmiyyətli, uzunluğu 79.3 km olan 13 kəndlərarası avtomobil yolu layihəsi, habelə uzunluğu 197.6 km olan Bakı şəhər yollarının tikintisi, yenidən qurulması və təmiri işləri yerinə yetirilib.

Avtomobil Yolları Dövlət Agentliyi bu il üçün - PLANLARINI AÇIQLAYIB | FED.azAvtomobil Yolları Dövlət Agentliyi bu il üçün - PLANLARINI AÇIQLAYIB | FED.azAvtomobil Yolları Dövlət Agentliyi bu il üçün - PLANLARINI AÇIQLAYIB | FED.azAvtomobil Yolları Dövlət Agentliyi bu il üçün - PLANLARINI AÇIQLAYIB | FED.az

Digər xəbərlər

Banner