Avtobuslarda bank kartları vasitəsilə ödəniş etmək mümkün olacaq.
Avtobuslarda gedişhaqqı ödənişlərində - YENİLİK
FED.az xəbər verir ki, bunu “K group” şirkətinin direktoru Orxan Bayramov avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən brifinqdə bildirib.
“Bu ilin sonuna kimi "Bakıkart" aktiv olduğu ərazilərdə bu funksiya aktiv fəaliyyət göstərəcək”, - deyə Orxan Bayramov əlavə edib. (Apa)