Macarıstanın “Wizz Air” loukosteri Avropanın ən pis aviaşirkəti seçilib.
“Wizz Air”in Azərbaycanın regionlarından Avropaya uçuşlara başlaya bilər - MÜZAKİRƏ
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu, Böyük Britaniyanın “Which?” təşkilatının apardığı sorğu əsasında müəyyənləşib.
Şirkət mümkün 100 xaldan 48-ni toplayıb.
Aşağı nəticə göstərən aviaşirkətlər arasında, həmçinin “Ryanair” (52 xal), “Eurowings” (53 xal), “British Airways” və “Lufthansa” (hər biri 57 xal) var.
Ən yaxşı aviaşirkət “Jet2” seçilib (80 xal). İkinci yerdə “Turkish Airlines” (78 xal), üçüncü yerdə isə “Swiss” və “Finnair” (hər biri 75 xal) qərarlaşıblar.