Kukurıki-Kozloviçi (Polşa-Belarus) sərhəd-keçid məntəqəsi Rusiya və Belarus nömrəli yük maşınlarının giriş-çıxışı üçün Polşadan bağlanıb.
Eləcə də bax: Rusiyanın böyük şirkəti mallarını daşıya bilmir - PROBLEM YARANIB
FED.az xəbər verir ki, sərhədi keçmək üçün gözləmə müddəti 24 saata çatıb, növbənin uzunluğu 30 km-ə yaxın olub. Belarus Dövlət Sərhəd Komitəsinin məlumatına görə, 750 yük maşını Polşaya daxil olmaq üçün gözləyir.
Martın 11-dən etibarən Polşadan Rusiyaya gedən yük maşınlarının “daha da hərəkətinə qadağa qoyulması” tələbi ilə keçiddə mitinq keçirilir. Polşa hakimiyyəti vəziyyəti şərh etmir. (Marja)