Kipr Avropa İttifaqının dəstəyi ilə son 70 ildə ilk dəmiryolunu tikməyi planlaşdırır.
Eləcə də bax: Kipr dörd Rusiya milyarderini vətəndaşlıqdan - MƏHRUM EDİB
FED.az xəbər verir ki, ölkənin nəqliyyat naziri Yiannis Karousos bildirib ki, dəmiryolları avtomobil yolları boyunca çəkilə bilər.
«Yüngül dəmir yolu ilə Kiprin əsas şəhərlərini və [Larnakadakı] hava limanını birləşdirə bilərik»-deyə nazir bildirib.
Kipr hökuməti bildirir ki, çəkiləcək dəmir yolu nəqliyyat sıxlığını azaltmağa kömək edə bilər, həmçinin enerji qiymətlərindəki artımı nəzərə alsaq, ada ətrafında yalnız şəxsi nəqliyyat vasitələri ilə şəhərlərarası səfərlər etməyə vərdiş edən kiprlilərin xərclərini azalda bilər.
Kiprdə 70 ildən artıqdır ki, sərnişin dəmir yolu mövcud deyil. Adada hələ 1905-ci ildən fəaliyyət göstərən 39 stansiya və ümumi uzunluğu 122 km olan ensiz dəmir yolları şəbəkəsi maliyyə çatışmazlığı səbəbindən 1951-ci ildən xidmət göstərmir. Kipr Mədən Korporasiyası isə yük dəmir yolu xidmətindən 1974-cü ilə qədər istifadə edə bilib.