Avropa İttifaqı Rusiyanın 20 aviasiya şirkətini hava təhlükəsizliyi üzrə "qara siyahı"ya daxil edib.
FED.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
Bildirilib ki, 2021-ci il noyabrın 27-də “Skol” aviaşirkəti beynəlxalq standartlara uyğun gəlmədiyi üçün Avropa İttifaqının “qara siyahısına” düşən Rusiyanın ilk belə müəssisəsi olub.
Məlumata görə, əksəriyyəti Afrika ölkələrindən olmaqla daha 97 aviasiya şirkət bu siyahıya düşüb. (Report)