Futbol üzrə Avropa çempionatına akkreditasiyadan keçmiş şəxslərin Abşeron dairəvi dəmir yolu ilə ödənişsiz daşınmasına başlanılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən FED.az-a bildirilib ki, bu, akkreditasiyadan keçmiş şəxslərin çempionat müddətində oyunlara hazırlıq mərhələləri və oyun günlərində nəqliyyata olan tələbatlarını qarşılamaq məqsədi daşıyır.
Akkreditasiyadan keçməni təsdiq edən sənədi olan hər bir şəxs iyulun 5-dək elektrik qatarları ilə ödənişsiz hərəkət imkanına malikdir.
Qeyd edək ki, Bakı Avropa çempionatının üç qrup oyununa və 1/4 final mərhələsinin bir qarşılaşmasına ev sahibliyi edəcək. Bakıdakı oyunlar 12, 16, 20 iyun və 3 iyul tarixlərində keçiriləcək.