İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyindəki "Aviasiya və Avtomobil Nəqliyyatı Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi"ni dövlət qeydiyyatına alıb.
FED.az xəbər verir ki, yeni qurumun hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi, 675, nizamnamə kapitalı 2 616 672,75 manat, qanuni təmsilçisi isə Fizuli Kazım oğlu Talıbovdur. (Report)