“Azərbaycan Dəmir Yolları” QSC Astara stansiyasında 6 stansiya yolunun və 10 ədəd yoldəyişən qurğunun əsaslı təmirinə start verib.
FED.az-a QSC-dən verilən xəbərə görə, stansiya parkının əsasını təşkil edən bu yolların hər birinin uzunluğu 950 metrdən ibarətdir. Şimal-Cənub layihəsi çərçivəsində icra edilən işlərə uyğun olaraq, stansiyada yolların tam hazır vəziyyətə gətirilməsi zərurətdən doğur.
Gələcəkdə bu istiqamətdə yük daşımalarının intensiv xarakter alacağına əsaslansaq, deməli təhlükəsiz daşınmalar üçün əsaslı bazanın olması çox vacibdir və dəmir yolu rəhbərliyi bu əməli işə böyük önəm verir.
Qeyd edek ki, əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin kollektivi həyata keçirir. İşlər mərhələli şəkildə icra olunmaqla qısa zaman ərzində başa çatdırılacaq.