Azərbaycanda fəaliyyət göstərən "Bolt" taksi şirkəti ödəniş üsulu kart ilə olan sifarişləri ləğv etdiyinə görə sürücüləri cərimələməyə başlayıb.
Anar Rzayev: "Ödənişli yolların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"
FED.az xəbər verir ki, bununla bağlı sürücülər sosial mediada bildiriblər.
Onlar qeyd ediblər ki, balanslarında birdən-birə mənfi məbləğ yaranıb. "Bolt"un dəstək xidməti isə məsələyə belə münasibət bildirib:
"Kart sifarişlərindən yayındığınıza görə sizə cərimə tətbiq olunub. Bununla bağlı bütün sürücülərə daha əvvəl xəbərdarlıq edilib ki, kart ilə olan sifarişləri ləğv etsəniz, cərimələnə bilərsiniz. Bu hallar təkrarlandıqda isə hesabınıza məhdudiyyətlər tətbiq oluna bilər". (Operativ Media)