Ölkədə Gürcüstan dövlət qeydiyyat nişanlı avtobuslarla sərnişin daşımaları var. Bu, yolverilməzdir”.
Operatorlar beynəlxalq daşımaları həyata keçirən avtomobilləri - Taxoqrafla Təchiz Edəcəklər
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
O bildirib ki, daşıyıcıların peşəkarlıq səviyyəsi də yaxşı deyil: “Qanuna dəyişikliyə əsasən, daşıyıcıya buraxılış vəsiqəsi verilməsi, onun istifadəsində olan nəqliyyat vasitəsinə isə buraxılış vəsiqəsinin əlavəsinin verilməsi nəzərdə tutulur. Buraxılış vəsiqəsi almayanlara ümumiyyətlə, daşıma fəaliyyəti qadağan ediləcək”. (Apa)