“ANAMA mütəxəssisləri tərəfindən Şuşa şəhərində partlayıcı sursatlar aşkar edilib və təmizlənib”.
Eləcə də bax: DANX: "Qarabağa hər kəs ildə bir dəfə səfər edə biləcək"
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu işğaldan azad olunan ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə ANAMA İdarə Heyətinin sədr müavini Samir Poladov deyib.
Samir Poladov bildirib ki, ümumilikdə 38 binada və 573 yaşayış sahəsində təmizləmə əməliyyatları həyata keçirilib: “Ümumən Şuşa şəhəri, bölgəsi üzrə 1684 partlamamış hərbi sursat aşkar olunub. Təmizlənmiş obyektlər ANAMA-nın xüsusi nişanlama sisteminə salınıb. Ümumiyyətlə, Şuşa şəhərində mina problemi yoxdur. Şuşada ANAMA-nın mütəxəssisləri və müvafiq dövlət qurumlarının təlimatlarına riayət etməklə təhlükəsiz qaydada hərəkət etmək mümkündür”.