Ölkədə yağan güclü qar nəticəsində yolların buzlaşmasına görə Ağsu aşırımında hərəkət dayanıb.
Eləcə də bax: DYP qarlı hava şəraiti ilə bağlı sürücülərə və piyadalara - Müraciət Etdi
FED.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis mayoru Namidan Piriyev bildirib ki, kəskin hava şəraitinə görə həmin yol buzlaşıb və sürücülər bu yola daxil ola bilmir: “Aşırıma giriş qadağan edilməyib, lakin istifadə etmək mümkün olmadığı üçün yolda hərəkət yoxdur. Həmçinin, Bakı-Quba-Rusiya yolunun 130-cu kilometrliyindən başlayaraq Gəncob-Yalama yolu 204-cü kilometrədək yol buzlaşıb”.
BDYPİ sürücülərə müraciət edərək Ağsu aşırımından istifadə etməməyi tövsiyə edib, digər yollarda isə mümkün qədər diqqətli olmağa çağırıb. (Qafqazinfo)