Horadiz-Ağbənd dəmir yolunun inşası ilə bağlı işlərin 60 %-i yerinə yetirilib.
FED xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov bildirib.
O qeyd edib ki,Horadiz-Ağbənd dəmir yolunun inşası ilə bağlı işlərin 60 %-i yerinə yetirilib:
"Tunellərin biri artıq tam bitib, ikinci tuneldə qazıntı işləri aparılıb. Demək, Horadiz-Ağbənd dəmir yolu ilə bağlı bütün layihə işləri bitib və tikinti davam etdirilir"
R. Rüstəmov həmçinin əlavə edib ki, Bərdə-Ağdam layihəsində yol artıq tamamlanıb: "Hazırda Ağdam avtovağzalı və dəmir yolu vağzalı kompleksinin ikinci mərhələsi həyata keçirilir. Növbəti aylara qədər kompleksin tamamlanması gözlənilir" (Apa).