Ağdam avtovağzal və dəmir yolu kompleksinin inşası tamamlanma mərhələsindədir.
ADY Qarabağa sərnişin qatarlarının buraxılması məsələsinə aydınlıq gətirib
FED.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müşaviri, Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Tural Abbaslı “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə işlərin mayın əvvəllərinə tam olaraq bitməsi nəzərdə tutulub: “Bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə bir yerdə çalışdığımız layihədir. Burada şəhərlərarası, rayonlararası marşrutlar və dəmir yolu stansiyası fəaliyyət göstərəcək”.(Report)