2030-cu ilədək Bakıda 10 yeni metro stansiyası tikilib təhvil veriləcək. Bu plana bənövşəyi xəttin Ağ Şəhərə kimi, yaşıl xəttin isə "Həzi Aslanov" stansiyasına kimi uzadılması daxildir. Stansiyaların yerləri də seçilib, müəyyənləşdirilib.
Bakı metrosunda bir sərinişin daşıma xərci - 60 QƏPİKDƏN DƏ BAHADIR – RƏSMİ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, B8 stansiyası Ağ şəhərin şimalında yerləşəcək.
Nəqliyyat eksperti Rauf Ağamirzəyevin sözlərinə görə, 2016-cı ildən fəaliyyətə başlayan bənövşəyi xəttin inkişafının sonuncu mərhələsi onun ağ şəhərədək çatıdırılmasıdır.
Ekspert bildirib ki, b8 stansiyası ətraf ərazidə yaşayanların rahat hərrəkətini təmin etmək və tıxacı aradan qaldırmaqda böyük rol oynayacaq.
"Bakı Metropoliteni" QSC-dən də bildirildi ki, b8 stansiyasının tikiləcəyi ərazidə hələ ki heç bir nişanlanma yoxdur. Stansiyanın 2030-cu ilə qədər tikilib təhvil verilməsi nəzərdə tutulub.











