Bakı Nəqliyyat Agentliyi (BNA) Bakının mərkəzindən Heydər Əliyev adına Beynəlxalq Hava Limanına işləyən avtobusların hərəkətində dəyişiklik edib.
Eləcə də bax: 1840 manatlıq qurğu ilə bağlı - BNA-DAN AÇIQLAMA
FED.az xəbər verir ki, H1 Hava limanı-“28 May” ekspress marşrut xətti üzrə avtobusların dayanacaq məntəqələrinini sayı artırılıb. Belə ki, H1 ekspress marşrut xətti üzrə avtobuslar Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində hərəkət edərkən Heydər Əliyev prospektinin Səttar Bəhlulzadə (Bülbülə qəsəbəsinə giriş, Saatın yanı) və 14 iyul küçələri ilə kəsişmədəki (Yeni Suraxanı qəsəbəsinə girişdə yerüstü piyada keçidinin yanında) dayanacaqlarda dayanması təşkil edilib. Şəhər mərkəzi istiqamətində isə müvafiq olaraq qarşı tərəfdəki dayanacaqlarda dayanması təşkil edilib.