Dövlət şirkəti “Azərbaycan Dəmir Yolları” QSC-nin “ADY Konteyner” Məhdud Məsuliyyətli Cəmiyyətinə yeni baş maliyyə inzibatçısı təyin edilib.
Heydər Əliyev adına NEZ-in rəhbərliyinə - TƏYİNAT OLUB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, yeni təyin edilən şəxs Kamal Hüseynlidir.
Kamal Hüseynli “ADY Ekspress” MMC-də də baş maliyyə inzibatçısı vəzifəsində çalışır.
O, həmçinin Azərbaycan Voleybol Federasiyasında İdarə Heyətinin üzvü olub, “Azərbaycan Dəmir Yolları”nda Planlaşdırma, Modelləşdirmə və Büdcələşdirmə şöbəsinin rəisi, İqtisadi planlaşdırma, modelləşdirmə və qiymətləndirmə şöbəsinin rəisi, aparıcı maliyyə mütəxəssisi kimi vəzifələrdə işləyib.