Azərbaycan Dəmir Yolları 2024-cü ilin ilk ayında ölkədaxili istiqamətlər üzrə 31 min 816 sərnişin daşıyıb.
ADY-dən FED.az-a bildirilib ki, bu, 2023-cü ilin dekabr ayı ilə müqayisədə 4619 sərnişin çoxdur.
Bakı–Ağstafa–Bakı marşrutu üzrə 27 min 643, Bakı–Qəbələ–Bakı marşrutu üzrə isə 4173 sərnişin daşınıb.
Sərnişinlərin 1513-ü xarici ölkə vətəndaşı olub. Onlardan 618-i Rusiya, 207-si Türkiyə, 171-i Gürcüstan, 65-i Hindistan, 39-u ABŞ, qalanları isə digər ölkələrin vətəndaşıdır.