"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Abşeron dairəvi marşrutu üzrə tarifləri artırır.
FED.az xəbər verir ki, bu barədə ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov xidmət sahəsində tətbiq olunacaq yeniliklər və tarif siyasəti ilə bağlı Bakı Dəmiryol Vağzalında media nümayəndələri üçün təşkil olunan brifinqdə deyib.
Onun sözlərinə görə, bu ilin 25 sentyabr tarixindən Abşeron dairəvi marşrutu üzrə ən minimal tarif 0,4 manat, digər istiqamətlər üzrə isə 0,1-0,2 manat artacaq. (Apa)