Sərnişin və yük qatarlarımız normal rejim üzrə hərəkətini davam etdirir
FED.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.
Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə qeyri-sabit hava şəraitində şəhərətrafı və regionlar üzrə fəaliyyət göstərən sərnişin və yük qatarlarının aşağı endirilmiş sürət həddi bərpa olunub.
Sərnişinlərimizdən bir daha qış mövsümündə platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmir yolu xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur.