Nəqliyyat

“ADY Konteyner” sahibkarlara - MÜRACİƏT EDİB

“ADY Konteyner”  sahibkarlara - MÜRACİƏT EDİB | FED.az
11:27 11 May 2020

Azərbaycan Dəmir Yolları QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC Özbəkistandan və Türkmənistandan Azərbaycana idxal yüklərinin, eləcə də Özbəkistandan və Türkmənistandan Azərbaycan ərazisindən tranzit olmaqla Gürcüstan və Türkiyə istiqamətlərində yüklərin əlverişli şərtlərlə daşınmasının həyata keçirilməsi barədə məlumat yayıb.

Eləcə də bax: Bakı-Tiflis-Qars yolu ilə Türkiyədən Azərbaycana - 1 KİLOMETRLİK QATAR GƏLİB

FED.az xəbər verir ki, “ADY Konteyner” MMC-dən  verilən məlumatda qeyd olunur ki, hazırkı epidemioloji vəziyyətdə digər nəqliyyat vasitələrinin hərəkətində yaranmış çətinliklərin ölkəmizdəki sahibkarlara, idxalatçılara və ixracatçılara malik yüklərin nəql olunmasında yarada biləcəyi problemlərin qarşısını almaq məqsədilə “ADY Konteyner” MMC dövlət şirkəti olaraq öz xidmətlərini daha əlverişli şərtlərlə təklif edir.

Özbəkistandan və Türkmənistandan yüklərin nəqli “ADY Konteyner” MMC-yə məxsus olan 20/40/45 futluq konteynerlərlə multimodal daşınma vasitəsilə həyata keçirilir.

Digər xəbərlər