“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu üzrə Bakıdan təyin olunmuş axşam reyslərinin müddətini 2024-cü ilin aprel ayına qədər uzadır.
FED.az xəbər verir ki, bu barədə QSC-dən məlumat verilir.
“ADY sərnişin tələbatını nəzərə alaraq axşam reyslərinin müddətini uzadır. Həftəlik reyslər cari ilin yanvar ayında tətbiq olunub və həftənin cümə günü yerinə yetirilir”, - məlumatda deyilir.
ADY-nin məlumatına əsasən, oturacaq tipli vaqonlardan ibarət sürət sərnişin qatarı: 9, 16, 23 fevral və 1, 8, 15 mart tarixlərində saat 23:55-də Bakı Dəmiryol Vağzalından Ağstafaya, 11, 18, 25 fevral və 3, 10, 17 mart tarixlərində saat 15:00-da Ağstafadan Bakıya yola düşəcək.