Nəqliyyat

ADY: Azərbaycanda dəmir yolu ilə yükdaşımalar - FASİLƏSİZ APARILIR

ADY: Azərbaycanda dəmir yolu ilə yükdaşımalar - FASİLƏSİZ APARILIR | FED.az
16:15 3 Aprel 2020

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) tərəfindən neft və neft məhsulları, qida məhsulları, tikinti materialları və digər yüklərin beynəlxalq və daxili müntəzəm daşımalar təmin edilir.

FED.az xəbər verir ki, QSC-dən verilən məlumata görə, koronavirusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə ADY-nin Həkim-Sanitar Xidmətinin dezinfektorları ölkə ərazisinə daxil olan yük qatarlarında qabaqlayıcı tədbirlər həyata keçirirlər.

Məlumata əsasən, Abşeron dairəvi dəmir yolu xətti ilə hərəkət edən sərnişin qatarlarda da gündəlik dezinfeksiya işləri aparılır.

Digər xəbərlər