Nazirlər Kabinetinin qərarına əsasən, mayın 4-dən etibarən ölkə ərazisində karantin rejiminin yumşaldılması ilə əlaqədar bəzi iş yerlərinin açılması nəticəsində Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara sərnişin tələbatı artıb.
Eləcə də bax: Pandemiya dövründə ictimai nəqliyyat üçün - QAYDALAR MÜƏYYƏNLƏŞİB
FED.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, bunu nəzərə alaraq, sabahdan həmin istiqamətdə qatarların sayı çoxaldılacaq.
Qatarların yeni hərəkət qrafiki ilə ətraflı aşağıdakı cədvəldə tanış olmaq olar: