Amerika Birləşmiş Ştatları Hörmüz boğazından hərəkət edən gəmilərə verilən təkrar sığorta təminatı üzrə öhdəliyini iki dəfə artırmaq qərarına gəlib. Ötən ay 20 milyard dollar təşkil edən zəmanət məbləği indi 40 milyard dollara qədər yüksəldiləcək.
İran Hörmüz boğazının ABŞ və İsrail üçün uzun müddət bağlı qalacağını açıqlayıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Bildirilib ki, söhbət sığorta şirkətlərinin digər sığortaçılara təminat verdiyi risklərin bölüşdürülməsi mexanizmindən gedir. Bundan əlavə, ABŞ "American International Group" və "Berkshire Hathaway" şirkətlərini də prosesə cəlb edəcək. Agentlik bu tədbiri həyati əhəmiyyətli su yolu ilə bağlı narahatlıqları aradan qaldırmaq və nəqliyyatın bərpasını təşviq etmək üçün ABŞ-nin daha bir səyi adlandırır. Hesabatda bildirilir ki, Hörmüz boğazından keçmək istəyən yükdaşıyanlara inamı bərpa etmək ABŞ-nin prioritetlərindən biridir. Lakin ABŞ maliyyə zəmanətlərini genişləndirsə də, proqram hələ də gəmi heyətini qorumaq üçün dəniz müşayiətçilərinin mövcudluğuna zəmanət vermir. (Oxu.az)













