"Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyi üzvlərinə müraciət edib.
Eləcə də bax: Ukraynada qalan Azərbaycan TIR-ları ilə bağlı - AÇIQLAMA
FED.az xəbər verir ki, müraciətdə deyilir ki, Rusiya 3-cü ölkələrə (İrana)” “İcazə” blanklarının verilməsini dayandırıb.
Fevralın 25-dən sonra yüklənmiş və Azərbaycan ərazisinə daxil olan nəqliyyat vasitələrinə beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi (CMR) verilməyəcək.
"Xüsusi defisit "İcazə" blanklarının bölgüsü konkret fakt əsasında daşımanın həyata keçirilməsi üçün tərtib edilmiş beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin və ya digər təsdiqedici sənədlərin əsasında aparılırdı. İndi isə bu proses yalnız bölgü əsasında icra ediləcək", - ABADA-dan bildirilib. (Report)