2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyatçılar 1041,1 milyon sərnişinə xidmət göstəriblər.
Bakıda ən ucuz taksi hansıdır? – ŞİRKƏTLƏR, QİYMƏTLƏR, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilənn məlumata görə, sərnişinlərin 87,5 faizi avtomobil nəqliyyatı, 11,9 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 911,5 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,1 faiz və 17,3 faiz artım qeydə alınıb.
Sərnişinlərin 95,0 faizi avtobus, 5,0 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 17,0 faiz artıb. (Trend)