Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Qazax-Bakı, Bakı-Ağcabədi-Bakı, Bakı-Biləsuvar-Bakı, Bakı-Quba-Bakı və Bakı-Qusar-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Tarif Şurası metro və avtobuslarda gediş haqqını - NİYƏ QALDIRDIĞINI AÇIQLADI
FED.az Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil edilir.