2019-cu ildə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC yük və sərnişin daşımalarından 299,8 milyon manat gəlir əldə edib ki, bu da 2018-ci ilin göstəricisindən 10,7% çoxdur.
Eləcə də bax: ADY: Azərbaycanda dəmir yolu ilə yükdaşımalar - FASİLƏSİZ APARILIR
FED.az xəbər verir ki, bu barədə hökumətdən məlumat verilib.
2019-cu ildə respublikanın dəmiryol infrastrukturunun inkişafına 1 milyard 1 milyon 300 min manat kapital qoyuluşu, o cümlədən 653 milyon 900 min manat dövlət investisiya qoyuluşu həyata keçirilib.
Ötən il ADY 10 sərnişin vaqonu, KISS markalı 2 elektrik qatarı və 11 yeni elektrik lokomotivi alıb.
2020-ci ildə Azərbaycan Dəmir Yolları 43,3 km uzunluğunda Ləki-Qəbələ dəmir yolunu istismara verməyi planlaşdırır və 57 km uzunluğunda Xudat-Şahdağ dəmir yolnuun tikintisinə hazırlıq işləri aparır.
Xəbər verildiyi kimi, 2019-cu ildə dəmir yolu ilə 15 milyon 232,7 min ton yük (2018-ci illə müqayisədə artım 9,2%) və 3 milyon 848 min 900 nəfər sərnişin (artım 35,5%) daşınıb.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovdur.
Eləcə də bax: "Bakı Metropoliteni" ötən il 124 milyon manat - GƏLİR ƏLDƏ EDİB
Marja