Xəbər verdiyimiz kimi, bu gündən “28 May” stansiyasının ətrafı - Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
“28 may”ın avtomobilsiz zonaya çevrilməsinə taksi sürücülərindən - NARAZILIQ - VİDEO
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, əksər vətəndaşlar bu qərarı alqışlasa da, onun ictimaiyyətə açıqlanması ilə bağlı bəzi qeyri-müəyyənliklər də yaranıb. Belə ki, ötən gün elan edilən qərardan bir gün sonra əraziyə daxil olan sürücülərin cərimələnməsi narazılığa səbəb olub. Bildirilib ki, qərardan xəbərsiz sürücülər əraziyə daxil olan kimi 80 manat məbləğində cərimə olunurlar. Bir çoxu qərarın daha əvvəldən elan edilməli olduğunu vurğulayırlar. Onlar qərar qüvvəyə minən günə qədər kifayət qədər məlumatlandırma işlərinin aparılmadığını düşünürlər.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, əraziyə cəlb edilmiş yol polisi əməkdaşlarının əsas işi profilaktik işin təşkili ilə bağlıdır: “Ərazidə müəyyən olunan yol hərəkəti qaydalarının tənzimlənməsi işi aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə tərəfimizdən davam etdirilir. Burada məqsəd müəyyən olunan qaydalara uyğun sürücülərin məsuliyyətə cəlb olunması deyil, onlarla profilaktik maarifləndirmə işinin təşkilidir”.