"Bakı Metropoliteni” QSC və “Metrovaqonmaş-Servis” (Rusiya) 15 vaqonun (3 qatar) plan əsasında xidməti və qaldırıcı-depo təmirinə dair müqavilə imzalayıblar.
FED.az xəbər verir ki, bu barədə "Transmaşholdinq” məlumat verir.
Eləcə də bax: Türkiyə və Azərbaycan birgə - VAQON İSTEHSAL EDƏCƏK
“Təmir olunacaq vaqonlar 2015-ci ildə Bakı Metropoliteninin sifarişi ilə “Metrovaqonmaş”da istehsal olunub. İşlər 2020-ci il əzrində Nəriman Nərimanov adına elektrik deposunun bazasında icra olunacaq”, - məlumatda qeyd olunur.
İşlərə dartıcı mühərrik, qatarın hərəkət sistemi, elektrik avadanlığı, işıqlandırma, videomüşahidə, iqlim nəzarəti və vaqonların sürülüb yoxlanması daxildir.
Müqaviləyə əsasən, “Metrovaqonmaş-Servis” təmir üçün zəruri avadanlıq alacaq, gələcəkdə zəruri keyfiyyətin sərbəst dəstəklənməsi üçün texnoloji proseslər təşkil edəcək, Azərbaycan personalının təlimini həyata keçirəcək.
"Bakı Metropoliteni” ilə müqavilə “Metrovaqonmaş-Servis” üçün ilk beynalxalq əməkdaşlıq təcrübəsidir.
“Metrovaqonmaş-Servis” MMC 2018-ci ildə “Metrovaqonmaş”ın servis xidməti müdiriyyətinin bazasında təsis olunub.
Şirkət Moskva Metropoliteninə məxsus olan qatarlarına xidmət göstərir.
"İnterfaks-Azərbaycan"