Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində aprelin 30-u və mayın 1-də Moskva prospektindən “20 Yanvar dairəsi”nə şəhərdən çıxış istiqamətinə doğru avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.
Eləcə də bax: 20 Yanvar dairəsində nəqliyyatın hərəkətinə - MƏHDUDİYYƏT QOYULDU
FED.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan, həmçinin Moskva prospekti – Cavadxan küçəsi – “3-cü mikrorayon dairəsi” və ya Tbilisi prospekti – Ədbdulvahab Salamzadə – Ceyhun Səlimov küçələri – “3-cü mikrorayon dairəsi” istiqamətlərindən istifadə edərək Asif Məhərrəmov və Rövşən Cəfərov küçələri ilə Moskva prospektinin köməkçi yoluna çıxa bilərlər.
Mayın 2-3-də isə Moskva prospektindən “20 Yanvar dairəsi”nə şəhər istiqamətində hərəkət məhdudlaşdırılacaq. Sürücülər alternativ olaraq Moskva prospektinin əsas yolundan və Bakı Dairəvi-1 avtomobil yolundan, həmçinin Alatava – Dadaş Bünyadzadə, Alatava – Müzəffər Həsənov küçələri istiqamətindən istər “20 Yanvar dairəsi”nə, istərsə də şəhərin digər istiqamətlərinə hərəkət edə bilərlər.