Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 63 müntəzəm marşrut xətti üzrə 177 avtobusun hərəkət intervalında gecikmələr var.
Bu barədə FED.az-a BNA-nın Mətbuat xidmətindən bildirilib.
1. Bakı-Sumqayıt şosesi - Moskva prospekti – Tbilisi prospekti şəhər istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-24 dəqiqə gecikmə müşahidə olunur.
2. Həsən bəy Zərdabi küçəsi - 20 Yanvar dairəsi istiqamətində 7B, 9, 14, 18, 29, 165, 194, 205 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 17-25 dəqiqə gecikmə müşahidə olunur
3. Abdulvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-26 dəqiqə gecikmə müşahidə olunur.
4. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-23 dəqiqə gecikmə müşahidə olunur.
5. Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49 nömrəli müntəzəm və E1 ekspres marşrut xətlərindəki avtobuslararası intervallarda 14-18 dəqiqəyə gecikmə müşahidə olunur.
6. Binəqədi şosesi – şəhər istiqamətində 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 17-24 dəqiqə gecikmə müşahidə olunur.
7. Zabrat şosesi – şəhər istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15 -21 dəqiqə gecikmə müşahidə olunur.
8. İstiqlaliyyət küçəsi, Niyazi küçələri hər iki istiqamətdə 6, 10, 18, 53, 65 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 20-28 dəqiqə gecikmə müşahidə olunur.
9. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti Azneft dairəsi istiqamətində 5, 18, 88, 125 və 127 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 18-28 dəqiqə gecikmə müşahidə olunur
10. Dilarə Əliyeva küçəsi hər iki istiqamətdə 1, 2, 14, 21, 30, 32, 49 və 88A nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 17-26 dəqiqə gecikmə müşahidə olunur
11. Salatın Əsgərova küçəsi Azadlıq prospekti ilə kəsişməyə qədər 5 və 11 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-23 dəqiqə gecikmə müşahidə olunur
12. Neftçilər prospekti Azneft Meydanından Puşkin küçəsi ilə kəsişməyə qədər olan hissəsində aparılan təmir işləri ilə əlaqədar 5, 10, 88, 125, 127 № müntəzəm və E1 ekspres marşrut xəttinin avtobusları alternativ yollarla hərəkət edirlər və 15-30 dəqiqə gecikmə və interval müşahidə olunur.