paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 55 müntəzəm marşrut xətti üzrə 166 avtobusun hərəkət intervalında gecikmələr var.
Bu barədə FED.az-a BNA-nın Mətbuat xidmətindən bildirilib.
1. Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 16-18 dəqiqə gecikmə müşahidə olunur.
2. 3-cü mkr dairəsi istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən Cəfərov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda gecikmə 6-8 dəqiqədir.
3. Heydər Əliyev prospekti şəhər istiqamətində (Bağirov körpüsü, Heydər Əliyev Mərkəzinə qədər) sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 1, 2, 38, M8 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-15 dəqiqə gecikmə müşahidə olunur.
4. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.
5. Babək prospekti – şəhər istiqamətində. Bu səbəbdən də həmin ərazidən keçən 30, 49 müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-20 dəqiqə gecikmə müşahidə olunur.
6. Tbilisi prospekti–20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-14 dəqiqə gecikmə müşahidə olunur.
7. Şah İsmayıl Xətai prospekti Təhsil Nazirliyi istiqamətində sıxlıqlar müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 11, 199 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-8 dəqiqə gecikmə müşahidə olunur.
8. Binəqədi şosesi – Şəhər istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202,N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.
9. Zabrat şosesi – Şəhər istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.
10. Qara Qarayev prospekti hər iki istiqamətdə 7A, 11, 15, 30, 35, 40, 44, 49, 51, 62, 64, 81, E1 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-22 dəqiqə gecikmə müşahidə olunur.
11. Ak.Həsən Əliyev küçəsi – Hər iki istiqamətdə (Tbilisi prospekti və Koroğlu Rəhimov küç) sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 6, 13, 61, 83 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-7 dəqiqə gecikmə müşahidə olunur.
12. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti Azneft dairəsi istiqamətində 5, 18, 88, 125 və 127 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 8-10 dəqiqə gecikmə müşahidə olunur
13. Koroğlu Rəhimov küçəsi – hər iki istiqamətində sıxlıq. Bu səbəbdən həmin ərazidən keçən 13 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.