Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 38 müntəzəm marşrut xətti üzrə 112 avtobusun hərəkət intervalında gecikmələr var.
BNA-nın Mətbuat xidmətindən FED.az verilən məlumata görə hərəkət intervalında gecikmələr müşahidə edilən avtobuslar aşağıdakılardır.
1. Bakı-Sumqayıt şosesi - Moskva prospekti – Tbilisi prospekti şəhər istiqamətində və əks istiqamətdə 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-20 dəqiqə gecikmə müşahidə olunur.
2. Həsən bəy Zərdabi küçəsi - 20 Yanvar dairəsi istiqamətində 7B, 9, 14, 18, 29, 165, 194, 205 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-18 dəqiqə gecikmə müşahidə olunur
3. Abdulvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-21 dəqiqə gecikmə müşahidə olunur.
4. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 15-18 dəqiqə gecikmə müşahidə olunur
5. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-17 dəqiqə gecikmə müşahidə olunur.
6. Binəqədi şosesi – hər iki istiqamətdə 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-19 dəqiqə gecikmə müşahidə olunur.
7. Salatın Əsgərova küçəsi Azadlıq prospekti ilə kəsişməyə qədər 5 və 11 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-17 dəqiqə gecikmə müşahidə olunur.