Yerli bizneslər üçün beynəlxalq audit və konsaltinq xidmətlərinə daha əlçatan imkan yaradılır
Azərbaycanın aparıcı beynəlxalq səviyyəli audit şirkəti olan "Reanda Azərbaycan"la "ZR GUMUSH" MMC arasında strateji tərəfdaşlığa dair əməkdaşlıq müqaviləsi bağlanıb.
FED.AZ xəbər verir ki, "ZR GUMUSH" MMC ilə beynəlxalq audit və konsaltinq şəbəkəsinin üzvü olan Reanda Azərbaycan arasında strateji tərəfdaşlıq qurulub. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanda fəaliyyət göstərən şirkətlər üçün daha sərfəli qiymətlərlə, yüksək keyfiyyətli və beynəlxalq standartlara uyğun xidmətlərin təqdim olunması hədəflənir.
Yeni tərəfdaşlıq modeli ZR GUMUSH MMC-nin vasitəçi və əlaqələndirici rolunu gücləndirərək, müştərilərlə Reanda Azərbaycan arasında effektiv əməkdaşlıq platforması yaradır. Şirkətlərin ehtiyacları ilkin mərhələdə analiz olunur, daha sonra isə uyğun xidmətlər üzrə təkliflər hazırlanaraq beynəlxalq səviyyədə peşəkar komandaya yönləndirilir.
Bu yanaşma sayəsində müştərilər həm vaxt itkisini minimuma endirir, həm də birbaşa danışıqlarla müqayisədə daha optimallaşdırılmış qiymət təkliflərindən faydalanır.
"Reanda Azərbaycan" şirkəti ilə tərəfdaşlığın əsas üstünlükləri:
Beynəlxalq audit və konsaltinq xidmətlərinə çıxış;
Daha əlçatan və optimallaşdırılmış qiymət siyasəti;
Peşəkar və beynəlxalq təcrübəyə malik mütəxəssislər;
Şəffaf, operativ və etibarlı əməkdaşlıq modeli;
Şirkətlər üçün yeni imkanlar;
Tərəfdaşlıq xüsusilə aşağıdakı istiqamətlərdə inkişaf etmək istəyən şirkətlər üçün əhəmiyyətlidir:
Maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunlaşdırılması;
Müstəqil audit xidmətlərinin əldə olunması;
Vergi və maliyyə risklərinin effektiv idarə edilməsi;
Strateji biznes qərarlarının peşəkar dəstəklə verilməsi;
Rəsmi açıqlama;
Reanda Azərbaycan MMC-dən bidirilib ki, bu tərəfdaşlığın əsas məqsədi yerli bizneslərə beynəlxalq səviyyəli xidmətləri daha əlçatan etməkdir: "Biz müştərilərimiz üçün həm qiymət, həm də keyfiyyət baxımından optimal həllər təqdim etməyi hədəfləyirik".













