Bəzi hallarda vətəndaşlar öz yaxınları kredit götürərkən, onlara zamin dururlar. Bu da bəzi hallarda bir sıra problemlərə yol açır. Krediti götürən şəxs vaxtında məbləği ödəmirsə və ya gecikdirmələrə çox yol verərsə vəsaitin ödənilməsi üçün zamin duran şəxsə xəbərdarlıq edilir.
Adınıza kredit götürüblər, bank isə məsuliyyət daşımır - Bu necə ola bilər? - AÇIQLAMA
FED.az xəbər verir ki, İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, zamin kredit götürən şəxslə eyni dərəcədə kreditə görə məsuliyyət daşıyır. Burada ardıcıllıq məsələsi var.
Rəşad Həsənov söyləyib ki, tələb kredit götürənə birbaşa ünvanlanır. Həmin şəxslə kommunikasiya edilir, onun borc öhdəliklərini yerinə yetirilməsi ilə bağlı məsələ qaldırılır. Əgər bunlardan imtina edilərsə, müvafiq proseslər zaminə və gəlirlərinə yönəldilir.
“Zaminin əmlakına yönəlməsi ilə bağlı məhkəmə qərarları qəbul etdirilməsi prosedurları başladıla bilər. Vətəndaşlar birmənalı olaraq, bilməlidirlər ki, kredit götürən şəxslə zamin eyni öhdəliklərə sahibdir. Proses məhkəməyə yönəldilibsə, məhkəmə kredit götürənin əmlakına, gəlirlərinə , öhdəliyin yerinə yetirilməsi ilə bağlı mövqeyini ortaya qoyur və qərarlar qəbul edilir.”-deyə, o bildirib.
İqtisadçının sözlərinə görə, proses mümkün olmadıqda, bütün məsələlər zaminə tərəf çevrilir. Həmin öhdəlikləri yerinə yetirməsi ilə bağlı zaminin əmlakı, gəlirlərinə( müvafiq tutmaların yönləndirilməsi ilə bağlı) rəsmi qaydalar tətbiq edilir. (Modern.az)