AMB maliyyə sektorunda olduqca ciddi islahatlar həyata keçirir.
Azərbaycanda həyat sığortası qaydasında – CİDDİ DƏYİŞİKLİKLƏR – AMB AÇIQLADI
Artıq maliyyə sektoru özünün yeni inkişaf mərhələsinə yaxınlaşır. İlin əvvəlindən başlanılaraq müxtəlif sektorlar üzrə qarşılıqlı əlaqələrin inkişafı üçün işlər görüldü.
FED.az xəbər verir ki, bunu bunu "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) və "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliklərinin birgə təşkilatçılığı ilə keçirilən mətbuat konfransında ABA-nın prezidenti Zakir Nuriyev deyib.
O bildirib ki, müştərilərə kredit alan zaman həyat sığorta məhsulunu da təklif edəcəyik. 3 ay vaxt verilib banklara ki, banklar sığorta şirkəti ilə inteqrasiyaları həyata keçirsin. Sistemlərin qarşılıqlı inteqrasiyası üçün sığorta şirkətləri işləri bizimlə bərabər aparır.
"Əsas hədəf müştərilərə təklif edilən məhsulun qiymət siyasəti düzgün olsun. Müştərilərə əlavə xərclər yaratmasın. Bu gün verilən kreditlərin 95%-dən çox hissəsi sığorta ilə təmin olunmayıb. Lakin 3 ay ərzində banklar sığorta şirkətləri inteqrasiya aparacaq. Bu sığortalar kredit faizlərinin və kredit risklərinin aşağı düşməsinə səbəb olacaq" - deyə sədr vurğulayıb.