01 mart 2026-cı il tarixində Bakı Konqres Mərkəzində xeyli mühasibin qatıldığı “Mühasib İnkişaf Forumu” keçirilmişdir.
FED.AZ biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, forum çərçivəsində spikerlər tərəfindən vergi qanunvericiliyi istiqamətində mövzular və SİMA Rəqəmsal Həllər Platformasının önəmi və əlverişliliyi istiqamətində çıxışlar baş tutmuşdur.
Təşkilatçı spiker, vergi qanunvericiliyi üzrə mütəxəssis Elşən Yusifzadə forumun önəmindən danışmış, bütün iştirakçılara və tədbirin baş sponsoru SİMA Rəqəmsal Həllər Platformasına təşəkkürünü bildirmişdir.
















