Ryan adlı uşağın əyləncəsinə onun yaşıdları, bank hesabına isə böyüklər həsəd apara bilər.
Amerikalı Ryan-ın YouTube-da hər həftə yerləşdirilən videoları 2017-ci ildə təxminlərə görə $11 milyon qazanc gətirib.
Həmin videolarda o, qablaşdırılmış oyuncaqlarını qutulardan necə çıxardığını və onlarla oynadığını nümayiş etdirir.
Ryan Toys Review adlı YouTube kanalının ulduzu olan Ryan Forbesjurnalının bildirdiyinə görə, dünyada YouTube-dan ən böyük qazanc əldə edənlərin siyahısında 8-ci yerdədir.
2015-ci ilin mart ayında ilk videosunu sosial media saytına yüklədiyi vaxtdan indiyədək Ryan-ın videolarına ümumilikdə 17 milyard dəfə baxılıb.
İnternetdəki populyarlığına baxmayaraq Ryanın kimliyi barədə məlumat məhduddur, onun soyadı məlum deyil.
Kimliyini bildirməyən anasının sözlərinə görə, ötən ilin yanvar ayında uşağın kanalına abunə olanların sayı 1 milyona çatıb.
Hazırda isə onların sayı 10 milyonu keçib.
Tənqidçilər hesab edir ki, valideynləri uşağı istismar edərək biznes qurublar.
Lakin uşağın anası bildirb ki, onlar yalnız çəkilmiş videoları redaktə edirlər.
Uşağın anası eləcə də qeyd edib ki, oyuncaqların əksəriyyəti videoya çəkildikdən sonra xeyriyyəçilik təşkilatlarına verilir.
BBC©