Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Maliyyə

  1. Ana səhifə
  2. Maliyyə
  1. Maliyyə

Yığım üçün qızıl - NƏ QƏDƏR ETİBARLIDIR?

Yığım üçün qızıl - NƏ QƏDƏR ETİBARLIDIR? | FED.az
09:05 6 Dek 2022

Vətəndaşlar pul vəsaitlərini etibarlı yerdə saxlamağa və yığımlarını inflyasiyadan qorumağa çalışırlar. Əmanətlərindən faizlə gəlir götürmək istəyənlər, adətən, banklara üz tutur və ya pullarını milli və xarici valyutada saxlamağa üstünlük verirlər. Ölkədə geniş istifadə edilməsə də, yığımların saxlanma vasitələrindən biri də pulu qızıla çevirməkdir. 

Eləcə də bax: Azərbaycanın bu il qızıl ixracından gəlirləri - 19%-DƏK AZALIB

Hazırda əmtəə birjalarında qiymətli metalın 1 unsiyası təxminən 1750 ABŞ dollarıdır. Qızıl siyasi dəyişikliklərdən və iqtisadi böhrandan təsirlənməyib sabitliyini qoruyan maliyyə vasitəsi kimi dəyərləndirilir. Bu qiymətli metal dünyada məhdud miqdarda olduğu üçün xüsusilə böhranlı dövrlərdə bahalaşır. Qlobal ehtiyat valyutaları hesab edilən dollar, avro, funt sterlinq və İsveçrə frankının dəyəri isə həmin ölkələrin iqtisadi vəziyyətindən asılı olur. 

Qızıl torpaqdan sonra ən dəyərli aktiv hesab edilir. Ona görə də vəsaitlərin qızılla saxlanılması dünya ölkələrində geniş yayılıb. Cəmiyyətin qızıla maraq göstərdiyi ölkələrdə banklar vətəndaşlara cari və depozit hesablar kimi, qızıl hesabları da yaradırlar. Belə banklar vətəndaşların qızıl külçələrini xüsusi anbarlarda saxlayırlar. Azərbaycan vətəndaşları isə qızılı daha çox zinət əşyası kimi alıb-saxlamağa üstünlük verirlər. 

Qızıla pul yatırmaq təkcə fərdi investorlar üçün deyil, dövlətlər üçün də maraqlıdır

Qızıl inflyasiyaya tabe olmadığına görə həmişə güclü dövlətlərin diqqətini çəkib. İnkişaf etmiş ölkələrin bütün ehtiyatlarının təxminən 30 faizinin qızılla saxlanılması təsadüfi deyil. Proqnozlara əsasən, hasilat bu templə davam edərsə, 2034-cü ildə qızıl ehtiyatları tükənə bilər. Lakin bu, o demək deyil ki, inkişaf etmiş bütün ölkələr qızıl ehtiyatı toplayır. Məsələn, Kanadada qızıl mədənləri yoxdur və bu dövlət başqa ölkələrdən də qızıl satın almır. Ümumiyyətlə, dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkələrinin qızıl ehtiyatları ya ümumiyyətlə, yoxdur, ya da çox azdır.

Ölkəmizə gəlincə, Azərbaycan Dövlət Neft Fondunun ötən ilin yekunlarına həsr edilmiş illik hesabatına əsasən, fondun 101,8 ton qızılı (3 milyon 272,975 min troya unsiyası) var. Həmin tarixə olan qiymətləndirməyə görə, fondun qızıl ehtiyatının dəyəri 5,92 milyard dollardır. 

Ölkəmiz qızıl ehtiyatlarını mütəmadi olaraq artırır

FED.az xəbər  verir ki, Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirir ki, Azərbaycan qızıl ehtiyatlarını mütəmadi artıran ölkələrdəndir: "Dövlətin qızıl ehtiyatlarının ötən illərlə müqayisədə dəfələrlə artması bunu təsdiq edir. Əsas səbəbi isə yerli istehsalın artmasıdır. Gədəbəydə, eləcə də işğaldan azad edilmiş Kəlbəcər və Zəngilan rayonlarındakı qızıl yataqlarının hasilatını nəzərə alsaq, növbəti illərdə ehtiyatların daha da artacağını deyə bilərik. Həmin qızıl yataqlarının ehtiyatı kifayət qədər çoxdur". 

V.Bayramovun sözlərinə görə, qızıl ehtiyatına sahib olmaq ölkələr üçün əhəmiyyətlidir: "Bu, xüsusilə böhran dövründə qızıl ehtiyatlarının satılaraq nağdlaşdırılması və pula olan tələbatın ödənilməsi baxımından vacibdir. Qızıl strateji məhsul hesab edilir, yəni qısa zamanda dönər valyutalara çevrilir. Qlobal maliyyə böhranları dövründə qızıla tələbat daha da artır. Orta və uzunmüddətli dövrdə qızıl ehtiyatlarının artırılması ölkənin regional və qlobal böhranlara çevik reaksiya verməsinə, rezervlərin şaxələndirilməsinin diversifikasiyasına imkan yaradır. Diversifikasiya kapitalın və investisiyanın kapital riskini azaltmaq üçün müxtəlif obyektlər arasında paylanmasıdır. Belə olan halda, rezervlər xarici təsirlərdən və risklərdən daha çox sığortalanır. Rezervlərin diversifikasiyası və xarici böhranlara çevik reaksiyaların verilməsi prioritet olduğuna görə ölkəmiz də qızıl ehtiyatlarını artırmağa üstünlük verir".

Qızıla investisiya yatırmaq qısamüddətli yığımlar üçün sərfəli deyil

İqtisadçı ekspert Eldəniz Əmirov qeyd edir ki, qızıl vəsaitlərin saxlanılması üçün bütün dövrlərin ən etibarlı vasitəsidir: "Sadəcə, qısamüddətli yığımlar üçün sərfəli deyil. Bu gün 100 manatı qızıla çevirib 3 ay sonra onu yenidən manata dəyişmək məqsədəuyğun deyil. Vəsaiti uzunmüddətli dövr üçün qızılla saxlamaq daha yaxşıdır. Ümumiyyətlə, burada differensial yanaşma olmalıdır. Yəni istər ailə büdcəsi, istərsə də fərdi və ya fond olsun, mövcud ehtiyatların bir formada saxlanılması doğru deyil. Necə deyərlər, bütün yumurtaları bir səbətə yığmaq olmaz, çünki səbət düşdükdə hamısı qırıla bilər. Bunun mahiyyəti risklərin sığortalanmasına əsaslanır. Ona görə də ehtiyat pul vəsaitinin müxtəlif vasitələrlə - qızıl və etibarlı valyuta ilə saxlanılması daha məqsədəuyğundur. Bu metod, demək olar ki, bütün ölkələrdə riskləri sığortalamaq üçün tətbiq edilir".

Qızılın külçə və ya sikkə halında alınıb-saxlanılması daha sərfəlidir

İqtisadçı ekspert Əkrəm Həsənov deyir ki, Azərbaycanda bir neçə bank qızıl yığımı ilə məşğul olsa da, bu xidmət ölkədə geniş yayılmayıb. Onun sözlərinə görə, vətəndaşlar qızılı, adətən, bankda deyil, evdə saxlamağa üstünlük verirlər. 

"Bəzi mütəxəssislərin fikrincə, qızılın pul kimi dəyəri bütün dövrlərdə sabit qaldığına görə əsl pul elə qızıldır. Qızılın miqdarı məhduddur, amma kağız pullar inflyasiyaya məruz qaldıqda dəyəri azaldığı üçün həcmi həmişə artır. İqtisadi vəziyyət dünyadakı geosiyasi gərginliklə əlaqədar olaraq sürətlə dəyişir. Bu, valyutalara mənfi təsir göstərsə də, qızıl dəyərini qoruyub saxlayır", - deyə Ə.Həsənov bildirir.

İqtisadçının sözlərinə görə, bəzi yerli bankların satdığı qızıl külçələrinin qiyməti xarici bazarla müqayisədə yüksəkdir: "Qızıl külçələrinin idxalı zamanı daşınma xərcləri və gömrük rüsumu ilə əlaqədar əlavə vəsait lazım olur. Vətəndaşlar isə daxili bazarda onlara təklif edilən yüksək qiymətlə razılaşmırlar. Ona görə də cəmiyyətimizdə vəsaitlərin əsasən valyuta ilə saxlanılmasına üstünlük verirlər. Qiymətli daş-qaşların alınıb saxlanılması isə sərfəli deyil, çünki zinət əşyalarının satış qiyməti alış qiymətindən çox baha olur. Zinət əşyalarına qiymət müəyyən edərkən zərgərin zəhmət haqqısı da nəzərə alınır, həmçinin o, vaxt keçdikcə dəyərdən düşür. Qızıla investisiya etmək istəyən vətəndaşlar banklardan və ya fond birjalarından külçə qızıl alsalar, gələcəkdə daha çox gəlir götürə bilərlər. İstənilən halda, müxtəlif risklərdən qorunmaq istəyən vətəndaşlar qızılla vəsait saxlaya bilərlər". 

Daxili bazarda qızıl satışı çoxalıb

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin 2021-ci ilin yekunlarına həsr edilmiş illik hesabatında qeyd edilib ki, ötən il satılan qiymətlilərin  97 faizini qızıl məhsulları təşkil edib. 2021-ci ildə "AzerGold" məhsullarının daxili pərakəndə bazarda satış həcmi 2649 unsiya olub. Bu, 2020-ci illə müqayisədə 46 faiz çoxdur. 
Hesabata əsasən, 2019-2021-ci illərdə yerli bazarda ümumilikdə 3405 unsiyadan çox külçə və sikkələrin satışı həyata keçirilib ki, bunun 78 faizi məhz ötən il qeydə alınıb. Satışlardan dövriyyəyə cəlb edilən vəsaitin həcmi isə 8,7 milyon manatdan çoxdur.

"İdxal olunan qızıl məhsullarının aksiz vergisindən, o cümlədən gömrük rüsumundan, həmçinin sikkə, külçə və qranul şəklində qızıl və gümüş məhsullarının satışının  əlavə dəyər vergisindən azad edilməsi satışda böyük canlanma yaradıb. Belə ki, qızıl məhsullarının maya dəyərinə təsir edən xərc elementlərinin azaldılması daxili bazarda qiymətlərin aşağı düşməsinə səbəb olub. Daxili bazarda canlanma xammal satışı  göstəricilərində də müşahidə edilib", - deyə məlumatda qeyd olunub.

Görünən odur ki, vətəndaşlar bütün dövrlərdə etibarlı və sərfəli yatırım variantı tapmaqla daha çox gəlir əldə etmək istəyirlər. Son dövrlər dünyada müşahidə edilən iqtisadi gərginlik bir daha sübut edir ki, pulu saxlaya bilmək elə onu qazanmaq qədər çətindir. Ona görə də müasir dövrdə pulu qazanmağın yollarından çox, onu necə qoruyub saxlamağı öyrənmək lazımdır. İqtisadçıların fikrincə, xüsusilə uzunmüddətli yığımlara maraq göstərənlər gəlir əldə etmək üçün qızıla investisiya edə bilərlər. Əsas odur ki, valyuta ilə saxlanılan vəsaitlərdəki kimi qızılda vaxt məhdudiyyəti yoxdur və bu qiymətli metal inflyasiyanın təsirlərinə məruz qalmır.  ("Azərbaycan" qəzeti)

Banner
  • Yığım
  • qızıl
  • inflyasiya
  • Vüqar Bayramov
  • Azərgold
Paylaş

Digər xəbərlər

Daha bir ölkənin valyutası dollar qarşısında çökdü – 2 İLDƏ 50 DƏFƏ UCUZLAŞIB
Maliyyə 22 Mart 2023
Daha bir ölkənin valyutası dollar qarşısında çökdü – 2 İLDƏ 50 DƏFƏ UCUZLAŞIB
İsveçrənin böhran içində olan nəhəng bankı – «SU QİYMƏTİNƏ» SATILDI - MƏBLƏĞ
Maliyyə 20 Mart 2023
İsveçrənin böhran içində olan nəhəng bankı – «SU QİYMƏTİNƏ» SATILDI - MƏBLƏĞ
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib - FOTOLAR
Maliyyə 18 Mart 2023
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib - FOTOLAR
Rusiya rublu ucuzlaşan neft ilə ucuzlaşır
Maliyyə 18 Mart 2023
Rusiya rublu ucuzlaşan neft ilə ucuzlaşır
Fitch Türkiyənin reytinq proqnozunu - “Mənfi” Olaraq Təsdiqlədi
Maliyyə 18 Mart 2023
Fitch Türkiyənin reytinq proqnozunu - “Mənfi” Olaraq Təsdiqlədi
Dolların martın 27-nə olan rəsmi məzənnəsi - AÇIQLANDI
Maliyyə 17 Mart 2023
Dolların martın 27-nə olan rəsmi məzənnəsi - AÇIQLANDI
Azərbaycan neftinin büdcə qiyməti - ARTIRILA BİLƏR
Maliyyə 17 Mart 2023
Azərbaycan neftinin büdcə qiyməti - ARTIRILA BİLƏR
Asiya İnkişaf Bankı Gəncədə yerli texnoloji startaplara dair müsabiqə keçirəcək - FOTOLAR
Maliyyə 17 Mart 2023
Asiya İnkişaf Bankı Gəncədə yerli texnoloji startaplara dair müsabiqə keçirəcək - FOTOLAR
Dövlət büdcəsində - ARTIQLIQ YARANIB
Maliyyə 17 Mart 2023
Dövlət büdcəsində - ARTIQLIQ YARANIB
Türk İnvestisiya Fondunda Azərbaycanın payı $100 milyon - TƏŞKİL EDƏCƏK
Maliyyə 17 Mart 2023
Türk İnvestisiya Fondunda Azərbaycanın payı $100 milyon - TƏŞKİL EDƏCƏK
Tahir Mirkişili: "225 milyon manat əsassız ödənişin yalnız 35 milyon manatı bərpa edilib"
Maliyyə 17 Mart 2023
Tahir Mirkişili: "225 milyon manat əsassız ödənişin yalnız 35 milyon manatı bərpa edilib"
Tarif Şurası tərəfindən qiymətlərin hansı əsaslarla artırıldığı - AÇIQLANIB
Maliyyə 17 Mart 2023
Tarif Şurası tərəfindən qiymətlərin hansı əsaslarla artırıldığı - AÇIQLANIB
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • FED faiz qərarını açıqladı – 2006-CI İLDƏN SONRA İLK
    01:16 23 Mart 2023
  • "Azər Türk Bank" işçi axtarır - VAKANSİYA
    20:50 22 Mart 2023
  • "VTB Bank Azərbaycan" işçi axtarır - VAKANSİYA
    20:46 22 Mart 2023
  • "Xalq Bank" Bakıda və bölgələrdə işçilər Axtarır - VAKANSİYALAR
    20:42 22 Mart 2023
  • Bu şirkətlər işçi yığır: əmək haqqı 500-600-800-900-1000-1200-1400-1500-2500 manat - 25 VAKANSİYA
    20:37 22 Mart 2023
  • "Azersun Holding" çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
    20:35 22 Mart 2023
  • "Baku Electronics" çoxsaylı işçilər yığır - VAKANSİYALAR
    20:31 22 Mart 2023
  • "Baku Steel Company LLC" işçi axtarır - VAKANSİYA
    20:29 22 Mart 2023
  • "Rabitabank" işçi axtarır - VAKANSİYA
    20:26 22 Mart 2023
  • "Veysəloğlu" Şirkətlər Qrupu işçilər axtarır - VAKANSİYALAR
    20:21 22 Mart 2023
  • Azərbaycanın məşhur produsseri Oqtay Əliyev – AVTOMOBİL QƏZASINDA HƏLAK OLUB
    19:47 22 Mart 2023
  • Daha bir ölkənin valyutası dollar qarşısında çökdü – 2 İLDƏ 50 DƏFƏ UCUZLAŞIB
    18:39 22 Mart 2023
  • Ermənistanın Müdafiə Nazirliyi “İtirdiyi” əsgərini tapıb - Gülünc vəziyyətə düşdü
    17:54 22 Mart 2023
  • Bakıya təyyarə ilə gizli şəkildə 93 ədəd “İphone”u - NECƏ GƏTİRMƏK OLAR? - GÖMRÜK MƏLUMAT YAYDI
    14:37 22 Mart 2023
  • Martın 23-nə olan hava proqnozu - AÇIQLANDI
    14:21 22 Mart 2023
  • Artıq səs-küy salmadan 2 ildə eyni qurumdan - 184 MİLYON MANATLIQ TENDER QAZANIB
    14:17 22 Mart 2023
  • Ruslar Türkiyəyə axışır: Yaratdıqları bizneslər 8 dəfə, aldıqları əmlaklar 3 dəfə artıb
    13:46 22 Mart 2023
  • Almaniyanın özəl klinika şəbəkəsi  Azərbaycanda işləmək üçün -  PREZİDENTƏ MÜRACİƏT ETDİ
    13:14 22 Mart 2023
  • Rusiya hökuməti büdcəni doldurmaq üçün - BİZNESDƏN PUL TOPLAYIR – YENİ QANUN
    11:06 22 Mart 2023
  • Apreldə qeyri-iş günləri açıqlandı - 12 GÜN İŞ OLMAYACAQ
    10:58 22 Mart 2023
  • Azərbaycan nefti sürətli ucuzlaşmadan sonra – YENİDƏN BAHALAŞIR - QİYMƏT
    10:18 22 Mart 2023
  • Azərbaycanda böyük «dəftərxana tenderi» elan edildi – ŞƏRTLƏR, TƏLƏBLƏR
    10:11 22 Mart 2023
  • Azərbaycan xaricə zəfərin ixracını - 3 DƏFƏ ARTIRIB - 1 KQ 1300 MANATDIR
    09:34 22 Mart 2023
  • Azərbaycan Türkiyənin dağılan ərazilərinin bərpasına - 100 MİLYON DOLLAR AYIRDI
    09:20 22 Mart 2023
  • Azərbaycanda şirkət öz səhmdarlarına dəyən - ZƏRƏRİ ÖDƏYƏCƏK
    09:16 22 Mart 2023
  • Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 2500-4000 MANAT- VAKANSİYA
    21:01 21 Mart 2023
  • "Reel Agency" işçilər axtarır - MAAŞ 1300-1500-2000 MANAT - VAKANSİYALAR
    20:59 21 Mart 2023
  • "OBA" market şəbəkəsi işçilər axtarır - VAKANSİYALAR
    20:54 21 Mart 2023
  • "FLY INN BAKU" işçi axtarır - MAAŞ 1200-1400 MANAT - VAKANSİYA
    20:50 21 Mart 2023
  • "Kontakt Home" işçi axtarır - VAKANSİYA
    20:33 21 Mart 2023
  • Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 1500-2500 MANAT- VAKANSİYA
    20:17 21 Mart 2023
  • "Azconstruction" QSC işçi axtarır - MAAŞ 1000-1200 MANAT - VAKANSİYA
    20:15 21 Mart 2023
  • "PASHA Holding" işçilər axtarır - VAKANSİYALAR
    20:10 21 Mart 2023
  • Azərbaycan qara kürünü 300 dollara alır, 1000 dollara satır – ÖLKƏLƏR, MƏBLƏĞLƏR
    20:03 21 Mart 2023
  • Müdafiə Nazirliyi "əsir xəbəri" barədə - AÇIQLAMA YAYDI
    19:26 21 Mart 2023
  • Gömrükdən gizli külli miqdarda qızıl gətirirdi - AŞKAR EDİBLƏR
    18:13 21 Mart 2023
  • 2023-cü il üzrə dünyanın - ən yaxşı biznes məktəbləri - 173 BUSINESS SCHOOL - TAM SİYAHI
    16:59 21 Mart 2023
  • Türkiyənin ən varlı iş adamları məlum oldu – 21 NƏFƏRLİK SİYAHI
    16:37 21 Mart 2023
  • Dünya pasportlarının reytinqi açıqlandı: Azərbaycanlilar 69 ölkəyə - VİZASİZ GEDƏ BİLƏR
    16:12 21 Mart 2023
  • The Economist: Dünyanın bank sistemini «təmir etmək» vaxtı çatıb
    13:31 21 Mart 2023
  • "Unibank" işçi axtarır - VAKANSİYA
    20:34 20 Mart 2023
  • "Express Bank" işçilər axtarır - VAKANSİYALAR
    20:32 20 Mart 2023
  • Azərbaycanın ən böyük bankı - ABB çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
    20:30 20 Mart 2023
  • "AccessBank" işçi axtarır - VAKANSİYA
    20:22 20 Mart 2023
  • Publik Hüquqi Şəxs işçi axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYA
    20:19 20 Mart 2023
  • "Bank Respublika" ASC işçi axtarır - VAKANSİYA
    20:16 20 Mart 2023
  • İki ölkə Putini həbs edəcəyini bildirdi – UKRAYNAYA GÖRƏ HƏBS ORDERİ İŞƏ DÜŞDÜ
    20:09 20 Mart 2023
  • Rusiyada Prezident Aparatının işçilərinə «iPhone» qadağan edildi – «YA TULLAMAQ, YA DA UŞAQLARA BAĞIŞLAMAQ»
    17:08 20 Mart 2023
  • Kriptovalyuta bazarına da «bahar gəlib» - QİYMƏTLƏR "UÇUR" – MƏBLƏĞLƏR
    13:49 20 Mart 2023
  • Neftin qiyməti 2021-dən bəri ən aşağı həddə – YENİ QİYMƏT
    13:32 20 Mart 2023
  • Sabah yağış yağacaq - HAVA PROQNOZU
    13:21 20 Mart 2023
  • Azərbaycan ərazisi ilə «Kaşaqan» neftinin - NƏQLİ BAŞLADI
    13:08 20 Mart 2023
  • Bank rəhbərlərinə qarşı cəzaları sərtləşdirməyi – TƏKLİF ETDİ
    12:31 20 Mart 2023
  • Təcili: AZAL endirimlərə başladı – 10 ŞƏHƏR, TARİXLƏR
    12:18 20 Mart 2023
  • İsveçrənin böhran içində olan nəhəng bankı – «SU QİYMƏTİNƏ» SATILDI - MƏBLƏĞ
    10:13 20 Mart 2023
  • Ermənistan Zəngilan istiqamətində atəşkəsi pozub - HƏRBÇİMİZ YARALANIB
    09:48 20 Mart 2023
  • İranda TIR-lardan rüşvət tələb edilir - SÜRÜCÜLƏR AKSİYA KEÇİRDİ
    23:40 19 Mart 2023
  • "Para" BOKT çoxsaylı işçilər axtarır - MAAŞ 400-700-1000-1500 MANAT - 35 VAKANSİYA
    21:09 19 Mart 2023
  • "Kontakt Home" işçi axtarır - VAKANSİYA
    21:05 19 Mart 2023
  • SOCAR-da yaradılan yeni qurum işçilər axtarır - VAKANSİYALAR
    20:56 19 Mart 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!