Vergi Məcəlləsinə təklif olan dəyişikliklər istər sahibkarı, istərsə də vətəndaşı maddi itkilərə məruz qoyacaq. FED.az xəbər verir ki, bu barədə vergi eksperti Vəli Əliyev bildirib. Onun sözlərinə görə, söhbət yeni kaasa aparatlarının quraşdırılmasından gedir.
«Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər qüvvəyə mindikdən sonra sahibkarlar hazırda istifadə etdikləri kassa aparatlarını TULLAYIB yeni nəzarət-kassa aparatı almaq məcburiyyətində qalacalar.
Çünki müəyyən kriteriyalara cavab verən pərakəndə ticrət və ictimai iaşə obyektləri öz fəaliyyətlərini elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirməlidirlər.
ELƏCƏ DƏ BAX: Kiçik sahibkarlar üçün sürətli amortizasiya tətbiq olunacaq
Təklif edilən dəyişiklik isə aşağıdakı kimidir:
Maddə 16. Vergi ödəyicisinin vəzifələri
16.1.8. aşağıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək»
ELƏCƏ DƏ BAX: 7 il müddətinə mənfəət, torpaq və əmlak vergilərindən azad edilirlər
Ekspert bildirir ki, yeni kassa aparatlarının alınması sahibkarlar üçün əlavə xərcə yaradacaq. V.Əliyev bildirir ki, bu xərcin kompensasiya edilməsi, daha dəqiqi onun gəlirlərdən çıxılması qanunvericilikdə nəzərdə tutulmayıb:
«Mən Vergilər Nazirliyinə bu məzmunda ünvanlanan sualın cavabını indidən yazıram:
Yeni maddi hüquq normasının tətbiqi nəticəsində istismardan cıxarılmış əşyanın (aktivin) dəyərinin vergi tutulan gəlirdən cıxılması Qanunvericilikdə nəzərdə tutulmamışdır».