"Bu gün Dünya Bankının (DB) vitse-prezidenti Antonella Bassani ilə görüşdük. Görüş zamanı DB-nin Azərbaycandakı cari fəaliyyəti və yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin (2024-2028) hazırlanması, yeni investisiya layihələrinin maliyyələşdirilməsi istiqamətində müzakirələr apardıq".
"Bizim banklarımız kifayət qədər yüksək likvidliklə fəaliyyət göstərir"
FED.az xəbər verir ki, bunu "X" sosial şəbəkəsindəki səhifəsində Mərkəzi Bankın sədri Taleh Kazımov yazıb.
Eyni zamanda, Mərkəzi Bank və DB arasında gələcək əməkdaşlıq perspektivləri və həyata keçirilən texniki yardım layihələri ətrafında fikir mübadiləsi aparılıb.