Azərbaycanda maliyyə sektorunun 96%-i banklara məxsusdur. Hal-hazırda Azərbaycanda 24 bank fəaliyyət göstərir. Bankların maliyyə dayanıqlılığının əsas göstəricilərindən biri likvidlik riskidir.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov AzTV-yə müsahibəsində deyib.
AMB-nin tələblərinə əsasən bank sektorunda ani likvidlik 30%-dən aşağı olmamalıdır. Bu gün həmin göstərici artıq 60%-dir. Bizim banklarımız kifayət qədər yüksək likvidliklə fəaliyyət göstərir.